Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb.
Arannews :Bu barədə baş nazir Nikol Paşinyan bildirib.
O deyib: “Təkliflərimiz Azərbaycan tərəfinə çatdırılıb və sənəd ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də göndərildi. Əlbəttə, aydındır ki, bu sənəd Azərbaycan üçün məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç raundu nəticəsində müşahidə olunan müəyyən irəliləyişi inkişaf etdirə bilərik”.