Tarix : 2023 Feb 19
Kod 63368

Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Arannews : Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Ekofəallar aksiyanın 70-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu - 6 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

  • Yazılıb
  • da (də) 2023 Feb 19
  • Göndərən جهان کمالی