İran İslam Respublikasının xarici işlər naziri deyib ki, nüvə anlaşmasının hazırkı durumu Amerika hökumətinin siyasətinin yanlışlığı və bu hökumətin yanlış hesablamasının nəticəsidir.
Arannews : Hüseyn Əmir-Abdullahiyan Cenevrədə BMT-nin tərkisilah konfransında qeyd edib ki, nüvə anlaşmasında yerdə qalan az sayda məsələni asanlıqla araşdırmaq olar.
Əmir-Abdullahiyan deyib: Tərəflərin iradələri və xoşməramlılıqları ilə, hər hansı önşərt olmadan və aparılmış danışıqlar çərçivəsində nüvə anlaşması həllolunasıdır və yekun addım üzvlər tərəfindən atıla bilər.
İran İslam Respublikası yekun anlaşmaya çatanadək işi davam etdirməyə hazırdır- deyən İran xarici işlər naziri söyləyib: Amerika aparılmış uzun müzakirələri yekunlaşdırmaq üçün qərarçıxarma iradəsi və gücünə malik olmalıdır.
Əmir-Abdullahiyan həmçinin bildirib ki, İran İslam Respublikası Ukrayna savaşının bitməsini istəyir.