Tarix : 2023 Mar 02
Kod 63400

Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham edib

Mariya Zaxarova: Yalnız Rusiyanın sülh təşəbbüsü nəticə verə bilər

Arannews :Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Ermənistan-zərbaycan münaqişəsinin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək.

Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib və deyib: “Bu cəhdlər münaqişənin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”.

Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib".

  • Yazılıb
  • da (də) 2023 Mar 02
  • Göndərən جهان کمالی