Tarix : 2023 Mar 03
Kod 63404

İsrail Hacı Şahin Həsənlinin “qətl”indən necə faydalana bilər?

Tanınmış azərbaycanlı din xadimi Hacı Şahin Həsənlinin qəfil ölümündən sonra sionizmin Bakıdakı media lobbisi İrana qarşı yeni qarayaxma kampaniyasına start verib. Sionist rejimin maraqlarına xidmət edən bu media orqanları din xadiminin qəfil ölümündə İranın rolu ola biləcəyi şübhəsini irəli sürüb.

Arannews :Bütün bu ittihamlar elə bir şəraitdə irəli sürülür ki, tanınmış din xadimi Hacı Şahin Həsənli dəfələrlə İrana səfər edib, bu ölkədəki din xadimləri ilə dostluq münasibəti olub və Azərbaycan Respublikasında ekstremizm və vəhhabi cərəyanlarının fəaliyyətini daim tənqid edib.

Mərhum Hacı Şahin Həsənlinin iddia edilən “qətl”ində İranın heç bir xeyiri ola bilməz. Tam tərsinə, əgər “qətl” versiyası həqiqət olsa, bu İran və Azərbaycan xalqlarının birliyinə zərbə vurmaq istəyənlərin, din aliminin İran tərəfindən qətlə yetirildiyi iddiasını gündəmə gətirib İranı qaralamağa çalışanların işinə yarayar. İran-Azərbaycan münasibətlərinin gərginləşməsi isə imperializm və terrorçu İsrail rejimi başçılarından başqa kimsənin maraq dairəsində olan mövzu deyil!

  • Yazılıb
  • da (də) 2023 Mar 03
  • Göndərən جهان کمالی