Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.
“Arannews :Report” xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.
Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.