Tarix : 2023 Mar 05
Kod 63409

Vəliyyi-Fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəsi Azərbaycan xalqına başsağlığı verdi

Ocaqnejad: Hacı Şahin İslam maarifinin yayılması istiqamətində böyük xidmətlər göstərdi

Arannews : Vəliyyi-Fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəsi tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

Höccətülislam Əliəkbər Ocaqnejad başsağlığı müraciətində yazıb:

Rəhman və Rəhim Allahın adı ilə

Biz Allaha aidik və Ona tərəf qayıdacağıq.

Təqvalı alim və bacarıqlı xətib Hacı Şahin Həsənlinin vəfat xəbəri məni çox sarsıtdı. O, aydın düşüncəli ilahiyyatçı və xoşsöhbət xətib idi. İslam maarifinin və Əhli-beyt (ə) məktəbinin yayılması istiqamətində böyük xidmətlər göstərmiş və bu yolda çəkdiyi zəhmətlər öz bəhrəsini vermişdir.

Mən onu yaxından tanıyan bir şəxs kimi otuz illik bir dostun itkisini müsəlman Azərbaycan xalqına, Əhli-beyt (ə) sevərlərə, xüsusilə də onun hörmətli ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət və bağışlanma diləyirəm.

Vəliyyi-fəqihin Azərbaycan Respublikasında nümayəndəsi Əliəkbər Ocaqnejad

  • Yazılıb
  • da (də) 2023 Mar 05
  • Göndərən جهان کمالی