İslam İnqilabının Aliməqamlı Rəhbəri Milli Ağac əkmə günü münasibəti ilə fidan əkdikdən sonra bildirib ki, bütün İranda məktəbli qızların zəhərlənməsi məsələsi böyük və bağışlanmaz cinayətdir və rəsmilər bu iş ciddi şəkildə araşdırmalıdırlar.
Arannews : Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Şagirdlərin zəhərləndiyi sübut olunarsa, cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır".
"Bu insanlara he, bir amnistiya olmayacaq", - deyə Aliməqamlı Rəhbər vurğulayıblar.
Qeyd edək ki, ötən günlərdə İranın bəzi şəhərlərində bir neçə məktəbin şagirdləri zəhərlənib. Hazırda ekspertiza qrupları bu zəhərlənmənin səbəbini araşdırırlar.
Martın 20-də başa çatacaq Esfənd ayının 15-i Iranda Milli Ağacəkmə Günü kimi tanınır.