Tarix : 2023 Mar 08
Kod 63419

İran raket sənayesində daha bir nailiyyətə imza atdı

"Hipersəsli ballistik raket" yaradılıb İran İslam Respublikası hərəkət edən dəniz nəqliyyat vasitələrini məhv etməyə və səs sürətindən 8 dəfə daha sürətli uçmağa qadir olan "hipersəsli ballistik raket" in yaradıldığını elan edib.

Arannews :Fars informasiya agentliyinin məlumatına görə, bu barədə Tehranda keçirilən tədbirdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri məlumat verib.

General qeyd edib ki, raketin sınaqları uğurla həyata keçib və İran bu cür raketlərə sahib olan üç ölkədən biri oldu.

Baqiri, ballistik raketin sürətinin 8 volan yəni səs sürətindən 8 dəfə çox və məsafəsinin 1500 kilometr olduğunu qeyd edib.

Onun sözlərinə görə, arsenalda belə bir raketin olması ölkə ətrafında min kilometrə qədər radiuslu dənizlərdə təhlükəsizlik zonası yaratmağa imkan verəcək.

10 noyabr 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı, general əmirəli Hacızadə İranın yeni ballistik raket hazırladığını bildirmişdi.

 

Xatırladaq ki, hipersonik raketlərini hava hücumundan müdafiə vasitələri tutmağa qadir deyil.

  • Yazılıb
  • da (də) 2023 Mar 08
  • Göndərən جهان کمالی