Tarix : 2023 Mar 09
Kod 63421

Ankara ilə Qahirə arasında münasibətlərin donması; zəlzələ diplomatiyasından azad ticarətə qədər

Misir və Türkiyə arasında uzun müddətdir davam Misirin xarici işlər naziri Sameh Şükri, son 10 ildə görünməmiş bir səfərdə, bu ölkənin cənubunda baş verən zəlzələdən zərər çəkmiş əhali ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyənin cənubunda yerləşən Adana şəhərinə səfər etdi.
AranNews - Misir və Türkiyə arasında uzun müddətdir davam edən fikir ayrılığının son aylarda səngimə əlamətləri görünür. Misirin xarici işlər naziri Sameh Şükri, son 10 ildə görünməmiş bir səfərdə, bu ölkənin cənubunda baş verən zəlzələdən zərər çəkmiş əhali ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyənin cənubunda yerləşən Adana şəhərinə səfər etdi. Şükri Misir-Türkiyə əlaqələrinin əvvəlki səviyyəyə qaytarılmasının və iki ölkənin ortaq maraqlarına uyğun inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin inkişafını hər iki tərəfin xeyrinə hesab etdi.
 
Zəlzələ diplomatiyası
Sameh Şükrinin səfərindən təxminən 3 ay əvvəl, Qətərdə keçirilən Dünya Çempionatının açılışı zamanı Misir prezidenti Əbdülfəttah əl-Sisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Son fəlakətli zəlzələdən sonra Sisi Türkiyə prezidenti ilə telefon danışığında hadisə ilə bağlı başsağlığı verdi. Daha sonra Misirin Baş naziri Mustafa Madbuli 15 fevral 2023-cü ildə Qahirədə bir qrup türkiyəli iş adamını qəbul edərək, planlaşdırılan 500 milyon dollarlıq investisiyaları müzakirə etdi. Qeyd edək ki, Misir bir çox dövlət şirkətlərini özəlləşdirir və Türkiyə də Fars körfəzi ölkələrinin böyük sərmayələri ilə yanaşı, bu prosesdə əsas rol oynaya bilər.
Təbii ki, Misir Ankaraya doğru son addımının dağıdıcı zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək olduğunu açıqladı. Buna görə də Qahirə Ankaraya 6 humanitar yardım karvanı göndərdi. Ona görə də bu fəlakət iki tərəf arasında yaranmış vəziyyətdən çıxmaq və “zəlzələ diplomatiyası” vasitəsilə münasibətlərini inkişaf etdirmək üçün bir fürsət oldu. Adanaya, daha sonra isə Mersin limanına səfəri zamanı Şükri türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında dedi: “Türkiyəyə səfərimiz dostluq və həmrəylik mesajıdır. Bu, böyük faciədir, lakin biz bacardığımız qədər ən yaxşı şəkildə davam etdirəcəyik.”
Çavuşoğlu, həmçinin Misirin Türkiyənin zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım göndərmək təşəbbüsü ilə çıxış edən ilk ölkələrdən olduğunu ifadə edərək dedi: “Bu yardımlar ərzaq, geyim, tibbi və mənzil avadanlıqları daxil olmaqla 520 ton həddindədir.”
Çavuşoğlu jurnalistlərə açıqlamasında Ərdoğan və Sisinin çox güman ki, tezliklə yenidən görüşəcəyini bildirərək dedi: “Danışıqlar zamanı, gələcəkdə qarşılıqlı görüşləri müzakirə etdik. Xarici işlər nazirlərinin müavinləri iki dəfə görüşdülər və bu da faydalı oldu. Bizim danışıqlarımızdan sonra iki prezident Türkiyədə və ya Misirdə görüşə bilər. Misirlə əlaqələrimizdə yeni səhifələr açırıq və Şükrinin səfəri çox əhəmiyyətli və mənalıdır.”
Türkiyəli nazir vurğuladı ki, dostluq və qardaşlıq həssas zamanlarda özünü göstərir və Misir hökuməti və xalqı bu faciədə Türkiyənin dost və qardaş olduğunu göstərdi. Misir Aralıq dənizi regionu, ərəb dünyası, İslam dünyası, Fələstin və Afrika üçün önəmli ölkədir. Misirin güclü olması hamımızın marağındadır. Əminəm ki, biz əlaqələri gücləndirmək üçün birlikdə çalışacağıq.
 
Misirlə Türkiyə münasibətlərində 10 illik donma
Misir və Türkiyə arasında diplomatik əlaqələr 2013-cü ildə o vaxtkı müdafiə naziri Əbdülfəttah əs-Sisinin Ərdoğan və Ədalət və İnkişaf Partiyasının dəstəyini alan keçmiş prezident Məhəmməd Mursini devirməsindən sonra kəsildi. Hərbi çevrilişdən sonra Türkiyə prezidenti dəfələrlə bəyan etmişdi ki, Sisi kimi biri ilə “heç vaxt” əlaqələr qurmayacaq. Bununla belə, 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitini tərk etdikdən sonra Ərdoğan Qahirə ilə münasibətləri “sıfırdan” bərpa etməyə hazır olduğunu bildirdi. Çavuşoğlu 2022-ci ilin noyabrında demişdi ki, Türkiyənin yaxın aylarda Misirə səfir təyin etməsi mümkündür.
Şükrinin Türkiyəyə son səfəri göstərir ki, Ankara və Qahirə aralarındakı münasibətləri normallaşdırmaq niyyətindədirlər və hər iki tərəfin Türkiyənin Misir müxalifətinə ev sahibliyi etməsi, dəniz sərhədlərinin delimitasiyası ilə bağlı mübahisələr, Türkiyə ilə Liviya arasında razılaşma və digər işlərlə bağlı bir çox mübahisələri həll etmək üçün ortaq istəyi var.
Ötən il Doha Qahirə ilə Ankara arasında münasibətlərin normallaşması üçün vasitəçi kimi çıxış edib. Türkiyə də gərginliyi sıfıra endirmək məqsədi ilə Misirlə münasibətləri daha geniş diplomatik yol çərçivəsində yaxşılaşdırmaq istəyini gizlətmir. Hansı ki, bu siyasət Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələrlə fikir ayrılıqlarına son qoymağı bacardı və hazırda Qahirənin müttəfiqi hesab edilir.
İki ilə yaxın gərginlikdən sonra Liviya məsələsi və regional mübahisələrin azalması səbəbindən Türkiyə Qətərlə birlikdə bölgə ölkələri ilə münasibətləri normallaşdırmağa başladı və yavaş-yavaş münasibətləri bərpa etməyi bacardı. BƏƏ, Səudiyyə Ərəbistanı və sionist rejim ilə münasibətlərin normallaşması da bu çərçivədədir. Amma Misir məsələsində bu proses problemlərlə üzləşib və bu günə qədər səfirlərin yenidən mübadiləsi və ya yüksək səviyyəli siyasi görüşlərin keçirilməsi formasında real irəliləyiş əldə olunmayıb.
 
İqtisadiyyatın əhəmiyyəti
Misir və Türkiyə suda və quruda strateji və mühüm mövqeyə malikdir. Türkiyə Asiyanı Avropa ilə birləşdirir, İstanbul boğazına nəzarət edir və Aralıq dənizi ilə Qara dənizləri birləşdirir. Misir Afrikanı Asiya ilə birləşdirir, Süveyş kanalına nəzarət edir və Aralıq dənizi ilə Qırmızı dənizləri birləşdirir. Bu o deməkdir ki, iki ölkə bu və ya digər şəkildə beynəlxalq ticarət xətlərinə nəzarət edir. Bu üstünlüklər onları beynəlxalq ticarət sahəsində mühüm aktyora çevirir. Ona görə də, xüsusilə Aralıq dənizinin şərqində dəniz sərhədlərinin delimitasiyası məsələsində onlar arasında yaxınlığın yaradılmasının onların iqtisadi və strateji mənafelərinə uyğun olacağı şübhəsizdir. Misir və Türkiyə arasında siyasi gərginliyə baxmayaraq, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri son bir neçə ildə əhəmiyyətli dərəcədə inkişaf edib. Bəzi iqtisadçılar Türkiyənin Misirə investisiyasını 15 milyard dollara çatdıracağını və ticarət əməliyyatlarının həcmini hər il 20 milyard dollara çatdırmasını gözləyir.
Qeyd edək ki, Türkiyə ilə Misir 2005-ci ildə azad ticarət sazişi imzalayıb və 2007-ci ildə onun icra edilməsi ilə iki ölkə arasında ticarətin ümumi həcmi 2007-2020-ci illər arasında təxminən üç dəfə artıb və 4,42 milyard dollardan 11,14 milyard dollara çatıb.
Təbii ki, bu azad razılaşma Qahirə ilə Ankara arasında 2013-cü ildən sonrakı siyasi böhrandan sağ çıxdı. Mütəxəssislərin fikrincə, bu, iki ölkənin iqtisadiyyatı siyasətdən ayırmaq və ya siyasəti iqtisadiyyat qapısından, hətta “zəlzələ diplomatiyası” obyektivindən islah etmək bacarığını göstərir.

 
  • Yazılıb
  • da (də) 2023 Mar 09
  • Göndərən جهان کمالی