İran ali milli təhlükəsizlik şurasının katibi ilə onun ərəbistanlı həmkarı arasında Pekin şəhərində keçirilən bir neçə gün sıx müzakirədən sonra bu gün İran və Ərəbistan arasında əlaqələrin bərpası istiqamətində əldə olunmuş razılaşma bir mərasimdə İran, Səudiyyə Ərəbistanı və Çin arasında birgə bəyanatın imzalanması ilə rəsmi şəkildə elan olunub.
Arannews : vitse-admiral Əli Şəmxani İran prezidenti Ayətullah Rəisinin yanvar və fevral ayları arasında Pekinə səfəri və İran və Çin prezidentləri arasında aparılan danışıqların ardınca İran prezidentinin səfərindəki razılaşmaların təqib olunması məqsədilə martın altısından Pekin şəhərində, Tehranla Ərriyad arasındakı mövzuların yekun həlli məqsədilə öz səudiyyəli həmkarı ilə sıx müzakirələrə başladı.
Bu müzakirələrin sonunda bu gün, on mart 2023-cü ildə Pekində İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran ali milli təhlükəsizlik şurasının katibi Əli Şəmxani, Səudiyyə Ərəbistanının müşavir naziri, həmçinin nazirlər şurasının üzvü və milli təhlükəsizlik müşaviri Müsaid bin Məhəmməd Ələyban və Çin Xalq Respublikası dövlət şurasının üzvü, Çin Kommunist Partiyasının mərkəzi komitəsinin siyasi bürosunun üzvü və partiyanın xarici işlər üzrə mərkəzi komissiyası bürosunun sədri- «Van İ»nin imzaları ilə Pekində üçtərəfli bəyanat yayılıb.
Üçtərəfli bəyanatın mətni belədir:
Çin Xalq Respublikasının prezidenti cənab Si Tsinpin-in İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı krallığı arasında əlaqələrin genişləndirilməsinə dəstək istiqamətindəki layiqli təşəbbüsünə cavab olaraq, dinc yanaşı yaşama prinsipi əsasında və zati-alilərinin İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı krallığı arasında dialoqun aparılmasına dəstək və ev sahibliyi barədə iki ölkənin başçıları ilə razılaşmasına, həmçinin iki ölkənin ixtilafları, qardaşcasına bağlara əsasən, dialoq və diplomatiya yolu ilə həll etməyə olan təmayülünə uyğun olaraq, eləcə də iki ölkənin BMT nizamnaməsinin prinsip və hədəflərinə, həmçinin İslam Əməkdaşlığı Təşkilatının nizamnaməsinə, eləcə də beynəlxalq üsul və gedişatlara sədaqətinə təkidlə, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran İran ali milli təhlükəsizlik şurasının katibi vitse-admiral Əli Şəmxaninin başçılıq etdiyi İran İslam Respublikasının nümayəndə heyəti və Səudiyyə Ərəbistanı krallığının müşavir naziri, nazirlər şurasının üzvü və milli təhlükəsizlik müşaviri doktor Müsaid bin Məhəmməd Ələybanın sədrlik etdiyi Səudiyyə Ərəbistanının nümayəndə heyəti 1401-ci günəş ili isfənd ayının on beşindən on doqquzunadək, başqa sözlə, 2023-cü milad il martın altısından onunadək Pekində bir-birilə görüşüb, danışıqlar apardılar.
İran İslam Respublikası və Səudiyyə Ərəbistanı krallığı iki tərəf arasında 1400-1401-ci günəş illəri, başqa sözlə, 2021-2022-ci milad illərində iki tərəf arasında aparılmış danışıqlara ev sahibliyi etdiklərinə görə, İraq Respublikası və Oman sultanlığına təşəkkür və minnətdarlıq ifadə etməklə Çində aparılan danışıqlara təşkilatçılıq etdiyi və ona dəstək verdiyinə, eləcə də onun nəticə verməsinə səy göstərdiyinə görə, Çin Xalq Respublikasının rəhbərliyi və hökumətinə təşəkkür ediblər.
Aparılmış danışıqlar nəticəsində İran İslam Respublikası və Səudiyyə Ərəbistanı krallığı maksimum iki ay ərzində öz diplomatik əlaqələrini bərpa etmək, həmçinin səfirlik və nümayəndəliklərini yenidən açmaq barədə razılığa gəliblər.
İki ölkənin xarici işlər nazirləri bu qərarı icra etmək və səfir mübadiləsinə lazım olan tədbirləri görmək üçün bir-birilə görüşəcəklər.
İran və Səudiyyə Ərəbistanı arasında 2001-ci ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinə əlavə olaraq, 1988-ci ildə iqtisadi, ticarət, investisiya, texniki, elm, mədəniyyət, idman və gənclər sahələrində hərtərəfli əməkdaşlıq sazişinin həyata keçirilməsi razılaşdırılıb.
Üç ölkə (İran, Çin və Səudiyyə Ərəbistanı) regional və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün hər cür səy göstərmək üçün güclü iradələrini bəyan edirlər.