Tarix : 2023 Mar 12
Kod 63428

Tehranda "Yasin" təlim reaktiv təyyarəsi prototipinin təqdimatı olub

Məlumata görə, "Yasin" təlim reaktivi istehsalının prototipi bu gün (şənbə) İran Silahlı Qüvvələrinin müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmməd Rza Aştianinin iştirakı ilə təqdim edilib.

Arannews :Bu mərasimdə inkişaf etdirilmiş təlim təyyarəsi "Yasin" in kütləvi istehsal sisteminin də açılışı olub.

İran Silahlı Qüvvələrinin Müdafiə və Silahlı qüvvələrə Dəstək Naziri nümayişdə verdiyi müsahibədə bildirib ki, Yasin reaktiv təyyarəsi həm də döyüş və yaxın yardım təyyarəsi ola bilər.

Briqada generalı Aştiani bildirib ki, İran Müdafiə Nazirliyinin aviasiya sənayesi illər öncə ikinci nəsil Yasin təlim reaktivinin dizaynına başlayıb. Bu döyüş təyyarəsinin ən üstün xüsusiyyətləri tamammilə yerli istehsal gücünə başa gəlib.

  • Yazılıb
  • da (də) 2023 Mar 12
  • Göndərən جهان کمالی