İran və Səudiyyə Ərəbistanı arasında 7 illik əlaqənin kəsilməsindən sonra ikitərəfli əlaqələrin bərpasına dair yekun razılaşma sənədinin məhz Çində imzalanması mühüm bir hadisə kimi qiymətləndirilməlidir.
Arannews :iran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası məsələsi fevralın 14-də prezident Rəisinin Çinə mühüm səfəri əsnasında ciddiləşdi və Çin tərəfinin təkliflərindən biri olaraq İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası rəsmi Tehrana təqdim edildi.
Bundan əvvəl isə, Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə diplomatik əlaqələrin bərpasını xahiş etmiş və bu, İran tərəfindən müsbət qarşılanmışdı.
Cənab Rəisinin Çinə səfərindən sonra Ərəbistanla müzakirələr üçün İran tərəfdən Ali Milli Təhlükəsizlik Şurası katibi admiral Əli Şəmxani təyin edildi və intensiv danışıqlara başlanıldı.
Bu danışıqlarda diqqət çəkən məqam Amerikanın region ölkələrinin münasibətlərində xaç atası mövqeyindən çıxarılması və İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasında Çinin köməklik göstərməsidir.
Bu mühüm razılaşma o şəraitdə əldə edilib ki, ötən aylar ərzində ABŞ sionist rejimin dəstəyi, mediada psixoloji müharibə yolu ilə İrana qarşı regionda xüsusi atmosfer yaratmağa çalışırdı.
Təsadüfi deyil ki, sionist rejimin keçmiş baş naziri Naftali Bennet İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin bərpasına dair razılaşmaya görə qəzəb və kədərini dilə gətirib.
Bu razılaşmaya cavab olaraq Bennett İsrailin baş naziri Benyamin Netanyahuya həmlə edərək, Pekin razılaşmasının bəri başdan İsrail üçün sarsıdıcı bir zərbə olduğunu etiraf edib.
Bennet bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin bərpası İsrail üçün təhlükəli hadisə, İran üçün isə siyasi qələbədir.
Görünür, sözü gedən razılaşma sionist rejim üçün doğurdan da faciədir, həmçinin İslam Respublikasının mövqelərini zəiflətmək məqsədi ilə regionda təfriqə və ixtilaflar yaratmağa çalışan Amerikanı siyasətləri üçün böyük uğursuzluq hesab olunur.
İndi İran İslam Respublikası ilə bu ölkəyə təzyiq etmək üçün daim Amerikanın regionda qolu kimi göstərilən Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasına dair razılaşma və İslam Respublikası hökumətinin qonşuluq siyasətinin gücləndirilməsi faktiki olaraq ABŞ-ın regional prosesdən kənarlaşdırılması ilə nəticələnə bilər.