Tarix : 2023 Mar 12
Kod 63430

İran və Ərəbistan arasındakı razılaşmaya dünya ölkələrinin reaksiyası

Ağ Ev İran və Ərəbistan arasında razılaşmaya münasibət bildirərək bundan xəbərdar olduğunu açıqlayıb.
Arannews :Ağ Ev İran və Ərəbistan arasında razılaşmaya münasibət bildirərək bundan xəbərdar olduğunu açıqlayıb.
“Şərq” qəzetinin “Əl-Cəzirə” telekanalına istinadən yazdığına görə, Ağ Evin sözçüsü vurğulayıb ki, Vaşinqton İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası ilə bağlı xəbərlər haqda məlumatlıdır. O deyib ki, Amerika Yəməndəki müharibəni dayandırmaq və Yaxın Şərq regionunda gərginliyi azaltmaq üçün hər cür səyi alqışlayır.
Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə səudiyyəli həmkarı arasında Pekində bir neçə gün davam edən intensiv danışıqlardan sonra bu gün iki ölkə arasında əlaqələrin bərpası üçün əldə olunmuş razılıq İran, Səudiyyə Ərəbistanı və Çin arasında birgə bəyanatın imzalanması ilə keçirilən mərasimdə rəsmi şəkildə elan edilib.
 
Naftali Bint: Tehran və Ər-Riyad arasında razılaşma israil üçün təhlükəli hadisədir
Sionist rejimin keçmiş baş naziri Tehran və Ər-Riyad arasındakı razılaşmanı İranın siyasi qələbəsi adlandırıb.
“Əl-Məyadin” telekanalının məlumatına görə, sionist rejimin keçmiş baş naziri Naftali Bennet İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmaya cavab olaraq Netanyahunun kabinetini tənqid edib və deyib ki, bu razılaşma sionist hökuməti üçün biabırçı uğursuzluqdur və daxili zəiflik və ixtilaf üzündən yaranıb.
O, bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında razılaşma israil üçün təhlükəli inkişaf, İran üçün isə siyasi qələbədir.
 
Lapid: Tehran və Ər-Riyad arasında razılaşma Təl-Əvivin xarici siyasətinin uğursuzluğudur
Sionist rejimin keçmiş baş naziri İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanı bu rejimin xarici siyasətinin uğursuzluğu kimi qiymətləndirib.
“Əl-Məyadin”-in bildirdiyinə görə, sionist rejimin keçmiş baş naziri Yair Lapid İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası barədə razılaşmaya münasibət bildirərək vurğulayıb ki, bu razılaşma sionist rejim üçün tam uğursuzluqdur.
O, Netanyahunun siyasətlərini tənqid edərək deyib ki, bu razılaşma ilə İrana qarşı qurduğumuz regional müdafiə divarı dağıdılı.
Y. Lapid Tehranla Ər-Riyad arasında razılaşmanı israilin xarici siyasəti üçün təhlükə adlandırıb.
 
Bağdad Tehran və Ər-Riyad arasında münasibətlərin bərpasını alqışlayıb
İraq Xarici İşlər Nazirliyi İran və Ərəbistan arasında razılaşmanı alqışlayıb.
İraqın rəsmi xəbər agentliyi “WAA”-nın verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Bağdadın İran və Səudiyyə Ərəbistanı arasında razılaşmanı və iki ölkə arasında münasibətlərdə yeni səhifənin yaradılmasını alqışladığını bildirib. Bəyanatda Bağdadın bu sahədəki səyləri və Tehranla Ər-Riyad arasında danışıqlara evsahibliyi etməsi qeyd olunur.
 
Ənsarullah Hərəkatının İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmaya reaksiyası
Yəmən Ənsarullah Hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam deyib: “Regionun ölkələr arasında normal münasibətlərin bərpasına ehtiyacı var, belə ki, İslam ümməti xarici müdaxilələr, xüsusən də Amerika sionistlərinin müdaxiləsi səbəbindən itirilmiş təhlükəsizliyini bərpa edə bilsin.
Xarici müdaxilələr regional ixtilaflardan istifadə etməyə çalışdı və Yəməndə münaqişə yaratmaq və bu ölkəyə təcavüz etmək üçün İranfobiyadan istifadə etdi.”
 
Çin: İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşma sülhün qələbəsidir
Çinin xarici işlər naziri deyib: “Səudiyyə Ərəbistanı və İran arasında Pekində keçirilən danışıqlar sülhün qələbəsidir.
Danışıqlar Çin, Səudiyyə Ərəbistanı və İran liderlərinin razılığı əsasında davam etdi.”
 
Omanın Tehran və Ər-Riyad arasında razılaşmaya reaksiyası
Oman İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanı alqışlayıb.
“Əl-Xalic Online”-nin məlumatına görə, Omanın Xarici İşlər Nazirliyi bəyanatında İran, Səudiyyə Ərəbistanı və Çinin üçtərəfli bəyanatını və Tehranla Ər-Riyad arasında əlaqələrin bərpasını alqışlayıb.
Bu bəyanatda deyilir: “Ümid edirik ki, bu addım regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, regionun və dünyanın bütün xalqlarının xeyrinə olan müsbət və konstruktiv əməkdaşlığın genişlənməsinə töhfə verəcək.”

  • Yazılıb
  • da (də) 2023 Mar 12
  • Göndərən جهان کمالی