Tarix : 2023 Mar 13
Kod 63431

Netanyahuya qarşı etirazlar davam edir

Minlərlə nəfər şənbə günü axşam Təl-Əvivdə və işğal olunmuş ərazilərdəki digər şəhərlərdə Benyamin Netanyahunun ekstremist hökumətinə qarşı aksiya keçirib.

Arannews :Bu nümayişlər bir neçə həftə ardıcıl olaraq keçirilməkdədir.

Ötən illərdən bəri korrupsiya, rüşvətxorluq və əmanətə xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu “hərbi-məhkəmə islahatı” adlandırdığı məsələ və bu rejimin üzdəniraq ədliyyə nazirinin köməyi ilə öz mühakiməsini ləğv etmək niyyətindədir.

Keçən həftələrdə işğal olunmuş Fələstinin şimalından cənubunadək onlarla şəhər, o sıradan Təl-Əviv, Hayfa, işğal olunmuş Qüds, Beer-Şeva, Rişon-le-Sion və Herzliya şəhərləri ekstremist sağçı nazirlər kabinetinə qarşı aksiya səhnələri olublar.

Bu nümayişlər Netanyahunun başçılıq etdiyi ekstremist sağçı hökumət koalisiyası illə sionist rejimin keçmiş baş naziri Yair Lapidin başçıllığı altında olan müxalifət cinahı arasındakı kəskin qarşıdurma fonunda keçirilib.

Müxalifət başçıları Netanyahu hökumətinin məhkəmə islahatlarını məhkəmə aparatını zəiflətmək və Netanyahunun üç korrupsiya və rüşvətxorluq işinə görə öz mühakiməsinin qarşısını almaq üzrə səy istiqamətində dəyərləndirirlər. Onlar bu qənaətdədirlər ki, sözügedən nazirlər kabinetinin həmin hərəkətləri sionist rejimi toqquşma, daxili müharibə və tədrici dağılma səmtinə sövq etdirəcək.

  • Yazılıb
  • da (də) 2023 Mar 13
  • Göndərən جهان کمالی