Tarix : 2023 Mar 14
Kod 63437

Bakının İran səmasında qeyri-dost uçuşlarına baxış

Sərhəd bölgəsində təyyarə uçuşu ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağırıb!!!
Arannews :Sərhəd bölgəsində təyyarə uçuşu ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağırıb!!!
🔸 44 günlük müharibə zamanı Azərbaycan Respublikasının bir neçə döyüş təyyarəsi bir neçə dəfə İranın hava məkanına daxil oldu;
🔸 Bakının onlarla PUA-sı hər gün bilərəkdən və ya bilməyərəkdən İran İslam Respublikasının hava məkanını pozaraq bəzən Təbriz və Bonab yaxınlığına qədər gəldi.
🔸 İkinci Qarabağ müharibəsi zamanı İran torpaqlarına və sərhəd kəndlərinə hər gün onlarla raket və top mərmisi düşərək ziyan vurdu.
🔸 Buna baxmayaraq, İran İslam Respublikası Azərbaycana qardaş münasibət bəsləyərək etiraz etməkdən və səfiri çağırmaqdan imtina etdi.
🔸 Hazırda Azərbaycan hökuməti israil rejiminin Arazın şimalında hərbi mövcudluğu üçün yaratdığı əsasları nəzərə alaraq, İran İslam Respublikası ilə sionist rejim arasında düşmənçilik səviyyəsini tam anlamaqla, İran döyüş təyyarəsinin təlim missiyalı, ərazi bütövlüyünün qorunması və sərhəd zolağını keçməməsi ilə uçuşundan narahat olmuş və İran səfirini çağırmışdır!
🔸 Bir təhlükəsiz təlim uçuşu ilə qarışan hökumət İran İslam Respublikasının ciddi düşmənləri ilə qarşılıqlı münasibətində diqqətli olmalıdır. Sözsüz ki, saxta israil rejimi ilə İran İslam Respublikası arasındakı münaqişədə halva paylanmayacaq, əksinə, quru ilə yaşın birlikdə yanacağı böyük bir od olacaq.
Təbii ki, İran siyasətçilərinin səbirli və dözümlü olması bəyənilir və Arazın şimalının ad-san axtaran gəncləri üçün zaman və təcrübə lazımdır ki, təcrübəlilərin xam palçıqda gördüklərini onlar güzgüdə görə bilsinlər.
“Qafqaz və Anadolu” informasiya kanalı

 
  • Yazılıb
  • da (də) 2023 Mar 14
  • Göndərən جهان کمالی