Tarix : 2023 Mar 15
Kod 63440

Sepah gəmilərinin sürəti saatda 200 kilometrə çatacaq

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı deyib ki, gələcəkdə Sepah gəmilərinin sürəti saatda iki yüz kilometrə çatacaq.

Arannews :Kontr-admiral Əlirza Təngsiri dünən axşam bir televiziya çıxışında Sepah-ın dəniz qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi sahəsindəki son nailiyyətlərinə toxunub.

«Şəhid Baqiri» adına gəmi yaxın gələcəkdə təqdim olunacaq- deyən kontr-admiral bildirib ki, sözügedən hərbi gəmi yüz əlli kilometr məsafədən düşmən təyyarələri ilə mübarizə aparmaq qüdrətinə malikdir.

Sepah-ın dəniz qüvvələrinin komandanı son zamanlar bu qüvvələrin donanmasına qatılmış «Şəhid Məhdəvi» gəmisi barədə isə belə deyib: «Şəhid Məhdəvi» gəmisində kamikadze, kəşfiyyat və vertikal uçuşlu pilotsuzlar mövcuddur. Kamikadze PUA-larının mənzili, min üç yüz kilometrə çatır.

Kontr-admiral Təngsiri qeyd edib ki; Sepah-ın dəniz qüvvələrinin «Tariq» gəmiləri yüz səksən kilometrlik mənzilə malik raketlərlə təchiz olunub. Raketlər bu qüvvələr tərəfindən dizayn və istehsal edilib. Bu hərbi gəmi sözügedən raketi saatda altmış kilometr sürətlə atmaq qabiliyyətinə malikdir.

  • Yazılıb
  • da (də) 2023 Mar 15
  • Göndərən جهان کمالی