Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər.
Arannews :Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.
Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.
Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.