Tarix : 2023 Mar 21
Kod 63452

Novruz bayramınız mübarək!

Bu gün dünyanın bir çox ölkələrində Novruz bayramı qeyd edilir.
Arannews :Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Əziz oxucularımız!
Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti Novruz bayramı münasibəti ilə təbrik edir. Sizə və yaxınlarınıza xoşbəxtlik, səadət, əmin-amanlıq, iman, Allah sevgisi və Allaha aparan yolda sabit qədəmlər diləyirik! Ömrünüz bahar kimi təravətli olsun! Bayramınız mübarək!
  • Yazılıb
  • da (də) 2023 Mar 21
  • Göndərən جهان کمالی