Tarix : 2023 Mar 24
Kod 63454

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür.

Arannews :İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Azərbaycab Respublikası xalqı müstəqillik qazandıqdan sonra öz dini dəyərlərinə daha böyük diqqət sərf edir və məhz buna görə də mübarək Ramazan ayı bu ölkədə xüsusi atmosferdə qeyd edilir.

  • Yazılıb
  • da (də) 2023 Mar 24
  • Göndərən جهان کمالی