Tarix : 2023 Mar 27
Kod 63462

Rusiya sülhməramlıları: Azərbaycan tərəfindən təmas xətti pozulub

Rusiya sülhməramlıları Azərbaycan tərəfindən təmas xəttinin pozulduğunu bildirərək Azərbaycan tərəfini dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etməyə çağırıb.

Arannews :Rusiya sülhməramlılarının rəhbərliyi martın 25-də Qarabağda təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu elan edib.

Azərbaycanlılar “Şuşa rayonu ərazisində təmas xəttini keçərək, 2054 m hündürlüyünü tutaraq (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) post qurmaga başlayıblar.

Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.

Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etmək, mühəndis-texniki işlərin dayandırılması və silahlı qüvvələrin əvvəllər tutduqları mövqelərə qayıtmaq tələb edilib”, - məlumatda deyilir.

  • Yazılıb
  • da (də) 2023 Mar 27
  • Göndərən جهان کمالی