Tarix : 2023 Mar 28
Kod 63466

İran və Ərəbistan XİN başçıları telefonla danışıb

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri bazar günü axşam telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.

Arannews :iranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və səudiyyəli həmkarı Feysəl bin Fərhan telefon danışığında ikitərəfli razılaşmanın son vəziyyətini nəzərdən keçiriblər.

İki tərəf mübarək Ramazan ayında ikitərəfli ortaq görüşün keçirilməsini müzakirə edib və fikir mübadiləsi aparıblar.

İki böyük İslam ölkəsinin yüksək səviyyəli diplomatları arasında danışıqların əsas mövzusu ikitərəfli əlaqələrin və diplomatik münasibətlərin tam bərpasına dair konstruktiv proses olub.

Qeyd edək ki, İran İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı bir müddət əvvəl aralarında diplomatik münasibətlərin bərpası ilə bağlı razılığa gəliblər.

Razılaşma Çinin vasitəçiliyi ilə Pekində, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Müsaid bin Məhəmməd Əl-Əyban arasında imzalanıb.

  • Yazılıb
  • da (də) 2023 Mar 28
  • Göndərən جهان کمالی