Azərbaycan xalqı sionist düşmənin əsl niyyətlərini bilsin
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının yeni ittihamlarına münasibət bildirib və Azərbaycan Respublikasının müsəlman xalqından sionist fitnələrinə qarşı ayıq-sayıq olmağı xahiş edib.
Arannews :Tasnim xəbər agentliyinin beynəlxalq qrupunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yeni ittihamlarına reaksiya verib.
O, bir sıra tvitlərində qeyd edib: “Biz Azərbaycan hökumətindən sionist rejimin xarici işlər nazirinin Azərbaycanla “İrana qarşı vahid cəbhə yaratmaq” razılaşması ilə bağlı sözlərini izah etməsini istədik.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü doğru-düzgün cavab vermək yerinə İrana qarşı yeni ittihamlara əl atıb. Sükutun davam etməsi Bakının strateji tərəfdaşının bəyanatlarının üstüörtülü şəkildə təsdiqlənməsi deyilmi?
İran rəsmisinin fikrincə, cinayətkar sionist rejimin öz iyrənc ambisiyalarını həyata keçirmək üçün müsəlman ölkələrinə yaxınlaşaraq İslam ümmətində ixtilaf və təfriqə yaratmaqdan başqa məqsədi yoxdur.
“Belə bir şəraitdə Azərbaycandakı müsəlman bacı və qardaşlara sionist düşmənin əsl niyyətlərindən xəbərdar olmalarını tövsiyə edirik”, - deyə Kənani vurğulayıb.