اَللّـهُمَّ زَيِّنّي فيهِ بِالسِّتْرِ وَالْعَفافِ، وَاسْتُرْني فيهِ بِلِباسِ الْقُنُوعِ وَالْكَفافِ، وَاحْمِلْني فيهِ عَلَى الْعَدْلِ وَالاِنْصافِ، وَآمِنّي فيهِ مِنْ كُلِّ ما اَخافُ بِعِصْمَتِكَ يا عِصْمَةَ الْخائِفينَ
Duanın oxunuşu: Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin.
Duanın tərcüməsi: İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi!
İFTAR DUASI
للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
12-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 30 Qədr)