اَللّـهُمَّ طَهِّرْني فيهِ مِنَ الدَّنَسِ وَالاَقْذارِ، وَصَبِّرْني فيهِ عَلى كائِناتِ الاَقْدارِ، وَوَفِّقْني فيهِ لِلتُّقى وَصُحْبَةِ الابْرارِ بِعَوْنِكَ يا قُرَّةَ عَيْنِ الْمَساكينَ
Duanın oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əyil məsakin.
Duanın tərcüməsi: İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı!
İFTAR DUASI
للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
13-cü gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 25 İxlas)