Tarix : 2023 Apr 04
Kod 63485

Müxalifətçi jurnalist Azərbaycan hakimiyyətinin versiyasını rədd edir

Deputata sui-qəsdə görə hakimiyyət lap asan versiyanı seçib

Arannews :Müxalifətçi jurnalist Qənimət Zahidov deputat Fazil Mustafanın həyatına qarşı sui-qəsd barədə hakimiyyətinin dolayısı ilə İranı ittiham etməsini absurd hesab edir.

Qənimət Zahidov öz feysbuk paylaşımında yazır: “Deputat Fazil Mustafanın güllələnməsi olayında İran versiyası ona görə yayğın oldu ki, bu, asan versiyadır. Azərbaycan qapalı ölkədir. Öz vətəndaşlarına qarşı terror aktları həyata keçirən rejimdir. Mən bu faktı da arxa plana atmazdım”.

Zahidov sonra yazır: “İndi həbsxanada öldürülən Azərbaycan vətəndaşı Əlizamin Salayev eksperimenti deputatın güllələnməsindən daha təhlükəli hadisədir. Birinci olayda tətiyi kimin çəkdiyini söyləmək hələ tezdir. İkinci terror aktı isə şübhəsiz, Əliyev rejiminin əməlidir.

Maraqlıdır ki, bir çox sualların cavabsız qalmasına rəğmən, Daxili İşlər Nazirliyindən bildiriblər ki, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

AzadBakı portalının isə həbslərə münasibəti belə olub: “Görəsən, Əliyev rejimi bu dəfə hansı günahsız şəxsləri "cinayətkar" adı altında həbs edib?

  • Yazılıb
  • da (də) 2023 Apr 04
  • Göndərən جهان کمالی