Tarix : 2023 Apr 05
Kod 63488

Əliyevin güvəndiyi rejim çalxalanır – TƏHLİL

Orduda üsyan; İsrail və Netanyahunun böyük probleminə çevrilir

Arannews :Netanyahunun kabinetinə qarşı kütləvi nümayişlərin 13-cü həftəsi ilə eyni vaxtda hərbi xidmətə çağırış vərəqələri olan sionist gənclər bu sənədləri yandıraraq orduda xidmət etməkdən yayınan əsgərlər qrupuna qoşuldular.

İsrail 13 həftə əvvəldən bəri kütləvi nümayişlərin şahidi olub. Bu nümayişlərin əsas səbəbi Netanyahu və sionist Knesset tərəfindən həyata keçirilən məhkəmə islahatları planıdır. Bu plana əsasən, məhkəmə sisteminin səlahiyyətləri azaldılacaq, icra və qanunvericilik səlahiyyətlərinin məhkəmə işlərinə müdaxiləsi artırılacaq.

Buna etiraz olaraq Tel-Əviv də daxil olmaqla müxtəlif şəhərlərdə kütləvi nümayişlər keçirilir və bu nümayişlərdə 200 minə yaxın insanın iştirak etdiyi bildirilir.

Bu nümayişin rejim üçün təhlükəli hissəsi hərbçilərin etirazçılara qoşulması olmuşdur. Məhkəmə islahatları planına etiraz olaraq çoxlu sayda hərbi qüvvə artıq ordudan istefa verib və xeyli sayda gənc sionist Netanyahu kabinetinin siyasətlərinə etiraz olaraq, öz çağırış vərəqlərini etirazçılar arasında yandıraraq, üsyan edib.

Netanyahu daha əvvəl məhkəmə islahatlarına etiraz olaraq bəzi ehtiyatda olan hərbçilərin təlim keçməkdən və ya orduda xidmət etməkdən imtina etməsini tənqid edib və irqçi rejimin digər təhlükəsizlik qurumlarının bu məsələdə qəti mövqe tutmasını gözlədiyimizi ifadə edib.

Netanyahu həmçinin İsrailin hərb naziri Yoav Qalantı islahatlara qarşı çıxdığı üçün vəzifəsindən azad edib. Lakin Netanyahunun bu hərəkəti daha çox əsgərin etirazçılara qoşulmasına səbəb olub.

Ordudakı üsyanlar İsrail rəsmiləri tərəfindən ciddi təhlükə adlandırılıb. Bununla belə əsgərlər və üsyankar gənclər sionist cəmiyyətin bir parçası olduqlarını və məhkəmə çevrilişinə qarşı xalqa qoşulduqlarını bəyan edirlər.

Görünür, hərbçilərin bir hissəsinin xalqa qoşulması orduda parçalanmaya səbəb olub, çünki ordunun digər bir hissəsi də Netanyahunun kabinetini dəstəkləyir.

Müvafiq olaraq, İsrail kəşfiyyatının keçmiş rəhbəri və Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş direktoru general-mayor Tamir Hayman orduda parçalanma barədə xəbərdarlıq edərək bildirib ki, etirazlar təhlükəsizlik təhdidinə çevrilə bilər.

  • Yazılıb
  • da (də) 2023 Apr 05
  • Göndərən جهان کمالی