Tarix : 2023 Apr 06
Kod 63489

İran İslam Şurası nümayəndələri bəyanatda Azərbaycanın sionist rejimdə səfirliyinin açılmasını pislədi

Əhməd Əmirabadi Fərəhani bu gün aprelin 5-i şura iclasında İslam Şurasının 210 nümayəndəsinin sionist rejimdə, işğal edilmiş ərazilərdə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatını oxuyub.

Arannews :Bəyanatın mətni:

Azərbaycan Respublikası hökuməti gözlənilməz bir halda İslam dünyasının mənafeyinə zidd hərəkət edərək Qüds işğalçısı sionist rejimində səfirlik açmaqla öz səfirini saxta rejimə təyin etdi.Bununla əlaqədar biz, İslam Şurasının nümayəndələri aşağıdakı məqamları elan edirik:

1. Azərbaycan Respublikasının dövlət rəsmilərinin bu hərəkəti onlara qarşı olduqca mənfi siyasi nəticələri olacaq. Bundan əlavə isə, bütün dünya müsəlmanları onları məzlum fələstinlilərə qarşı qətl və cinayətdə sionist rejimin şəriki hesab edəcəklər.

2. Bu addım İslam dünyasının məzlum ölkəsinə qarşı bir hərəkət sayılır, əziz Fələstinə və onların ayrılmaz hüquqlarının tapdalanmasına səbəb olur.Ona görə də Ərəb və İslam hökumətlərindən və İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatından və İslam Şuraları Katibliyi və dünyanın azadlıqsevər nümayəndələri bunu pisləsinlər.

3. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərərkən lazımi diplomatik tədbirləri görməlidir.

Böyük İran İslam xalqının nümayəndələri Azərbaycan Respublikası Parlamentindən mübarək Ramazan ayında və məzlum Fələstin xalqının saxta sionist rejim tərəfindən ən vəhşi üsullarla işgəncə və zülmə məruz qaldığı və Məscidül-Əqsaya daxil olmalarına mane olunduğu bir vaxtda, İslam ümməti ilə birlikdə Azərbaycan hökumətinin bu hərəkətinə qarşı mövqe tutmasını gözləyir

  • Yazılıb
  • da (də) 2023 Apr 06
  • Göndərən جهان کمالی