Tarix : 2023 Apr 07
Kod 63491

İran və Səudiyyə Ərəbistanının birgə bəyanatı: Nümayəndəliklərin yenidən açılması və ikitərəfli əməkdaşlığı genişləndirmək

Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iki ölkənin səfirliklərinin yenidən açılmasına razılıq verməklə, əməkdaşlığın genişləndirməklə qarşıda duran maneələri aradan qaldırmağa hazır olduqlarını vurğulayıblar.

 Arannews :iran İslam Respublikası və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri “Hüseyn Əmirabdullahian” və “Feysəl bin Fərhan” yeddi ildən sonra bu gün səhər (cümə axşamı) Pekində rəsmi görüş və müzakirələr aparıblar. Bu görüşdən sonra İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Çinin xarici işlər nazirinin də iştirakı ilə birgə bəyanat imzalayıblar.

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin birgə bəyanatında tərəflər, ikitərəfli əlaqələrin genişləndirilməsi yolları və iki ölkə arasında öncədən imzalanmış təhlükəsizlik sazişinin yenidən qüvvəyə minməsi barədə danışıqların vacibliyini vurğulayıblar.

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri razılaşdırılmış vaxt ərzində iki ölkənin səfirliklərinin açılması və hər iki ölkə vətəndaşlarına viza qaydasının asanlaşdırılması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.

  • Yazılıb
  • da (də) 2023 Apr 07
  • Göndərən جهان کمالی