Tarix : 2023 Apr 08
Kod 63495

Nasir Kənani Azərbaycan hökumətinin qeyri-konstruktiv yanaşmasına cavab olaraq : " Bunun qarşılğında ,əks diplomatik tədbirlər görüləcəkdir"

İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi: Azərbaycan Respublikası hökumətinin Bakıdakı iranlı müəllim və diplomatlara qarşı mövqe və hərəkətlərinə cavab olaraq bildirib: "Biz Azərbaycan Respublikası hökumətinin qonşuluq münasibətlərinə əsaslanan prinsiplər fonunda göstərdiyi rəftarı ziddiyyətli hesab edirik.

Arannews :iİR Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan Respublikası hökumətinin Bakıdakı iranlı müəllim və diplomatlara qarşı sərt, emosional və qeyri-konstruktiv mövqeləri, hərəkətləri və reaksiyalarına cavab olaraq bildirib ki: “Biz Azərbaycan Respublikası hökumətinin bu davranışını qonşuluq prinsiplərinə əsasına zidd hesab edirik."

Nasir Kənani daha sonra deyib: " İşğal olunmuş Fələstin torpaqlarında böhran və xaosun baş qaldırdığı, eləcə də sionist rejiminin uçurumun ən pik nöqtəsinə yaxınlaşdığı bir vaxtda, bu rejim oruc tutan müsəlmanlara hücum etdiyi, öz mənfur planlarını bir çox yöndə yeritmək üçün Məscidül-Əqsanı təhqir etdiyi bir vaxtda, belə bir kritik zamanın hakim olduğu bir zamanda İran İslam Respublikası İslam dünyasının birliyinə diqqətli olmağı və eyni zamanda cinayətkar və işğalçı İsrail rejimi ilə münasibətlərin normallaşmasına qarşı durmağı özünə dini vəzifə və vicdanın çağırışı hesab edir.

İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası hökumətini qarşılıqlı hörmətə, mehriban qonşuluq istiqamətində hərəkət etməyə və sionistlər eləcə də, region düşmənlərinin istəklərindən imtina etməyə çağırıb.

 Daha sonra Kənani vurğulayıb:" İran İslam Respublikası eyni zamanda qonşuluq siyasətinin prinsip və əsaslarına riayət edilməsini təkld edərək sionist rejimin islam ölkələri arasında münasibətlərində ixtilaf və gərginlik yaratmaqda mənfur məqsədlərinə diqqətlə izləyir və bunun qarşılğında isə, diplomatik əks tədbirlər görüləcəkdir."

  • Yazılıb
  • da (də) 2023 Apr 08
  • Göndərən جهان کمالی