Tarix : 2023 Apr 08
Kod 63496

Qəsb edilmiş Fələstinə onlarla raket atılıb

İşğal olunmuş Fələstin ərazilərinin Əlcəlil bölgəsindəki məhəllələri Livanın cənubundan atılan onlarla raketlə hədəfə alınıb.

Arannews : Sionist rejimin Kan informasiya kanalı bildirib ki, Qərbi Əlcəlil bölgəsinə qarşı raket hücumu 2006-cı ildəki ikinci Livan müharibəsi zamanından bəri görünməmiş bir hücumdur.

Sionist rejim medialarının bu rejimin “dəmir qübbə” sisteminin raketlərin izinə düşüb, onları məhv etdiyini iddia etdikləri bir halda, yayılan görüntülər Qərbi Əlcəlil bölgəsində qəsb edilmiş ərazilərin müxtəlif bölgələrinə qarşı onlarla raketin atıldığını göstərir.

Livan və işğal olunmuş Fələstin sərhədlərində partlayış səsinin eşidilməsinin ardınca qəsb edilmiş bölgələrin sakinlərinə sığınacağa getmək barədə göstəriş verilib.

Atılmış raketlərin sayı on beş-otuz arasında elan olunub. İşğal olunmuş Fələstin ərazilərinə onlarla raketin atılmasının ardınca sionist rejim mediaları bildiriblər ki, bu rejim qırıcıları bu günün səhər saatlarında Qəzzə zolağını yenidən bombardman etməklə yanaşı, Livanın cənubundakı hədəf və mövqeləri də nişan alıblar.

İndiyə kimi Qəzzə zolağının şimalından tutmuş cənubunadək Fələstin müqavimət qüvvələrinin tabeliyində olan on beş mərkəz sionist rejimin hücumu hədəfinə çevrilib.

Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi sionist rejimin hücumlarını pisləyib. Vurğulayıb ki, həmin hücumlarda Qəzzə zolağında yerləşən Şəhid Məhəmməd Əldurə xəstəxanası, həmçinin Qəzzə uşaq xəstəxanası hücum hədəfinə çevrilib və zərər çəkiblər.

Fələstin səhiyyə nazirliyi dünya ictimaiyyətini sionist rejimin xəstəxanalara hücumları xüsusiyyət təşkil etməklə bu kimi hücumlara mane olmağa çağırıb.

Digər tərəfdən, xəbər verilibdir ki, İsrail rejiminin ordusu Qəzzə zolağında və şimal sərhədlərində qüvvələrini gücləndirməyə başlayıb.

Fələstin müqavimət cinahlarının birgə qərargahı bildirib ki; düşmənin müqavimətə və Qəzzədəki xalqımıza qarşı təhdidlərinə əsasən, biz müqavimətin/ düşmənin iştirak edəcəyi hər hansı məkanda öz xalqını müdafiə və hər təcavüzə var gücü ilə cavab və mübarizəyə hazır olmasına təkid edirik.

Bəyanatda deyilir: Cinayətkar düşmən Məscidüləqsaya, namazqılanlara və itikaf edənlərə qarşı vəhşicəsinə təcavüzlərindən əl çəkməli və öz daxili böhranlarını bizim xalqımıza və müqəddəslərimizə tərəf ixrac etmək kimi məzhəkənin qarşısını almalıdır.

Əlməyadin informasiya kanalı öz müxbirinə istinadla bildirib ki, dünən gecə Qəzzə zolağından işğal olunmuş Fələstinə tərəf qırxa yaxın raket  atılıb.

Əlməyadin əlavə edib: Fələstin müqavimət qüvvələri “raket hücumu qarşılığında raket” tənliyini icra etməyə və sionist rejimə xatırlatmağa çalışırlar ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumları ilə mübarizəyə hazırdırlar.

Bu toqquşmaların ardınca Əlcəzirə telekanalının müxbiri işğalçı hərbçilərin bu günün səhər saatlarında Məscidüləqsanın giriş qapılardan biri olan “Bab-ul-Hittə”nin girəcəyində fələstinlilərə qarşı hücumundan və onların bu məscidin içərisinə girişinə mane olmalarından xəbər verib

  • Yazılıb
  • da (də) 2023 Apr 08
  • Göndərən جهان کمالی