Tarix : 2023 Apr 09
Kod 63500

Nəsrullah Qüds günündə geniş iştiraka çağırıb

Seyid Həsən Nəsrullah müsəlman dünyasında Beynəlxalq Qüds Günündə ən geniş iştiraka çağırıb.

Arannews : Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Fələstin xalqı və region xalqlarının Qüds və Məscidül-Əqsanı müdafiə etmək üçün apardıqları qarşıdurma çərçivəsində Ümumdünya Qüds Günü yürüşündə ən geniş iştiraka çağırıb. 

Seyid Həsən Nəsrullah cümə axşamı etdiyi çıxışında deyib: "Livanın cənubunda dünən və bu gün səhər baş verən hadisələri və Qüds, İordan çayının qərb sahili və Suriyadakı hadisələrin bir-birinə bağlı olduğunu nəzərə alaraq, onlar bir ox və eyni mövzu ətrafında cərəyan edir".

Hizbullahın baş katibi daha sonra bildirib ki, gələn həftə Beynəlxalq Qüds Günündə Livanın cənubunda və Qəzzə zolağında baş verən son hadisələrlə bağlı çıxış edəcək.

  • Yazılıb
  • da (də) 2023 Apr 09
  • Göndərən جهان کمالی