Tarix : 2023 Apr 09
Kod 63503

Namazqılanlara və boş ərazilərə hücum etməkdən Bakı tribunasından İrana qarşı hürməyə qədər

Netanyahu daxildə işğal altında olan bölgələrin xaotik vəziyyətinə nəzarət etmək üçün boş ərazilərə hücum etmək, Əl-Əqsa məscidində ibadət edənləri döymək və Arazın şimalındakı muzdurlarını İrana qarşı hürdürmək taktikasından istifadə edir.
“Arannews : Global Hawk” casus təyyarəsi İranın hava məkanını pozduqdan sonra bu müasir casus təyyarəsi İranın “Bavar 373” müdafiə sistemi tərəfindən vuruldu. “Global Hawk”un vurulması dünyada böyük səs-küy yaratdı.
ABŞ prezidenti Tramp tvitində yazdı ki, buna cavab olaraq İrandakı 52 mədəniyyət obyektini hədəfə alacağdıq, amma insan tələfatına görə bu işi etmədik...
Sonra o, tvitində 18 sərnişini olan və Global Hawk-ın arxasında uçan təyyarəni vurmadığı üçün İrana təşəkkür etdi...
Daha sonra qeyri-rəsmi xəbərlər yayıldı ki, Tramp üçüncü ölkə vasitəsilə İrana mesaj göndərərək, ABŞ-ın abrını qorumaq üçün İrandan bu ölkənin bəzi qeyri-yaşayış ərazilərini bombalamağa icazə istəyib. İran İslam Respublikasının Rəhbəri həzrət Ayətullah Xamenei də cavab verib ki, İran torpağının hər hansı bir hissəsinə hücuma daha kəskin cavab veriləcək!
İndi Netanyahu da o qədər aciz qalıb ki, işğal olunmuş Fələstin ərazilərində xaotik vəziyyətə nəzarət etmək üçün xarici gərginliyə möhtac olub və bu gərginliyi Məscidül-Əqsada ibadət edənlərə hücum etməklə yaradır, digər tərəfdən isə Arazın şimalındakı muzdurları vasitəsilə Bakının İranla müharibə təbilini çalır!
Belə bir vəziyyətdə İran İslam Respublikasının tərəfdaşı olan müqavimət qüvvələrinin cavabı işğal olunmuş ərazilərdə çoxmillətli sakinlər yaşayan bölgələrə bir neçə adi raket hədiyyə etmək oldu.
Bu məsələyə əlavə olaraq, Seyid Həsən Nəsrullaha aid edilən Twitter səhifəsi təhdid etdi ki, israil həddini aşsa, Hizbullah öz uzaqmənzilli raketlərindən istifadə edəcək!
İndi “Əl-Cəzirə” və s. kimi rəsmi xəbər agentlikləri məlumat yayıb ki, qondarma rejim Livanın cənubunda və Qəzza zolağında bir neçə ərazini bombalayıb, hansı ki, bəzi yerlərdə bu hücumlar Trampın İrandan xahişi növündən olub!
israilin rəsmi səhifəsində də bildirilib ki, Livanın cənubundan atılan raketlərin Hizbullah tərəfindən atılmadığına, hətta Hizbullahın dəstəyi ilə olmadığına əminik.
Nəticə etibarilə, Netanyahu çox yaxşı bilir ki, Hizbullah və HƏMAS ilə eyni zamanda genişmiqyaslı müharibəyə başlamaq Hizbullah və HƏMAS tərəfindən işğal olunmuş ərazilərdəki sakinlərin başına minlərlə raket atılması deməkdir və belə olan halda israilin demək olar ki, heç bir yeri təhlükəsiz olmayacaq.
Təbii ki, müqavimətin növbəti addımı boş ərazilərə hücum strategiyası üçün çəkindirici qüvvə yaratmaq olmalıdır. Hansı ki, İran Trampa qarşı bunu etdi!

 
  • Yazılıb
  • da (də) 2023 Apr 09
  • Göndərən جهان کمالی