Tarix : 2023 Apr 10
Kod 63504

İran və Rusiya Xəzər dənizində yük tranzitinin artırılmasını müzakirə edirlər

İranın yol və şəhərsalma naziri və Rusiya prezidentinin xüsusi köməkçisi görüşüb və Xəzər dənizində yük tranzitinin artırılmasını müzakirə edib.

Arannews :iranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin ilə görüşüb və hava, dəniz, dəmir yolu, avtomobil yolu, “multimodal nəqliyyat” sahələrində əməkdaşlığın inkişafı və Xəzər dənizində yük tranzitinin artırılması məsələlərini müzakirə edib.

Bəzrpaş şənbə günü axşam Levitinlə görüşündə, iki ölkə arasında nəqliyyat  əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyinə işarə edərək, deyib: "İki ölkənin limanları arasında dəniz ticarətinin çox uzun bir tarixi var lakin tərəflərin Xəzər dənizindəki aktiv liman imkanlarından istifadə etməsi yeni əməkdaşlıqda nəzərdən keçirilə bilər".

Bəzrpaş əlavə edib: "Xəzər dənizində gəmilərin inşası üçün İran və Rusiya arasında bağlanan müqavilələr mühüm əhəmiyyət kəsb edir və 2022-ci ildə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsi ilə Rusiyanın ilk tranzit yüklərinin İrana gəlişi ilə "multimodal nəqliyyat"ın inkişafı nəqliyyat sahəsində daha səmərəli əməkdaşlıqdan xəbər verə bilər".

Bu görüşdə Rusiya prezidentinin xüsusi köməkçisi ekspert görüşlərinə və Rusiya nümayəndə heyətinin Rəşt-Astara dəmir yoluna baxış keçirməsinə toxunub və iki ölkəni bütün sektorlarda nəqliyyat əməkdaşlığını inkişaf etdirməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2023 Apr 10
  • Göndərən جهان کمالی