Tarix : 2023 Apr 10
Kod 63506

"Ərin Əl-Usud" Nablusda Təl-Əviv casusunu edam edib

"Ərin Əl-usud" və ya "Aslanlar yuvası" Fələstin müqavimət qrupu bir bəyanatda Nablusda sionist rejimin bir casusunu edam etdiyini bildirib və Təhlükəsizlik prosedurlarını yerinə yetirdikdən sonra lazım olan hər şeyi vaxtında ictimai rəyə izah edəcəyini qeyd edib.

Arannews :Qrupun bu gün verdiyi qısa açıqlamada deyilir: "Aslanlar yuvası qrupunun bu gecə məhv edilən xain məsələsi ilə bağlı apardığı axtarış-istintaq əməliyyatlarını nəzərə alaraq bildiririk ki, biz tərəfimizdən təhlükəsizlik tədbirləri görüldükdən sonra lazım olan hər şeyi vaxtında, dəqiq və sənədləşdirilmiş şəkildə ictimaiyyətə aydınlaşdıracağıq".

Bəyanatın davamında deyilir: "Burada dinini, vicdanını, namusunu, vətənini satan hər bir xain mesajımızı çatdırırıq. Harada olursunuzsa olun, sizi izləyirik, sizi heç kim qoruya bilməz. Harada olursunuzsa olun, özünüzü barrikada qursanız belə". 

Fələstinin "Şahab Nyuz" xəbər agentliyinin məlumatına görə, şənbə günü axşam Nablusda bir gənc maskalı silahlı şəxslər tərəfindən öldürülüb. Və yerli mənbələr bir gəncin işğalçılarla əməkdaşlıq etmək və Nablus şəhərində müqavimət döyüşçülərinin terror edilməsində iştirak etmək ittihamı ilə edam edildiyini bildiriblər.

Hadisənin ardınca Fələstin Özünü İdarə Təşkilatının təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək, ərazidə olanları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.

  • Yazılıb
  • da (də) 2023 Apr 10
  • Göndərən جهان کمالی