Tarix : 2008 Aug 06
Kod 6351

AZƏRBAYCANLI QAÇQINLAR QARABAĞA QAYTARILIR

Azərbaycanlı qaçqınların dağlıq qarabağa kütləvi qaytarılıması yönünüdə mühüm addım atılmışdır
Azərbaijan Servisi/Aran Agentliyi

Bu barədə "reqnum" informasiya agentliyi xəbər verir. Xocavənd rayonundan keçən cəbhə xəttindən 200 km məsafədə yerləşən nərgiztəpə adlı yaşayış məntəqəsində Qarabağın azərbaycanlı icmasının  hökuməti yerləşdirilmişdir. "Reqnum" İA xəbər verir ki, nərgiztəpə yaşayış məntəqəsi işğal olunmuş xocavənd (keçmiş Martuni) şəhərinin yaxınlığında yerləşir və bu inzibati vahid Azərbaycan silahlı qüvvələrinin nəzarət etdiyi ərazidədir.

 Xəbər verildiyi kimi, nərgiztəpədə yerləşən qurum tərəfindən Qarabağa qayıtmaq istəyən azərbaycanlı qaçqınların kütləvi qeydiyyatı həyata keçirilir. Təhlilçilərin gəldiyi qənaətə görə Dağlıq Qarabağda referendum keçirilməsi barədə qərar qəbul edilərsə "nərgiztəpə təşəbbüs" bu referendumda Azərbaycan əhalisinin iradəsini təmin etmək yolunda atılmış addımlardan hesab edilməlidir.  

  • Yazılıb
  • da (də) 2008 Aug 06