Tarix : 2023 Apr 11
Kod 63511

Türkiyədə anti-sionist aksiyalar davam edir

Sionist rejimin cinayətlərini pisləmə və Fələstin amalını himayə istiqamətində Türkiyənin müxtəlif şəhərlərində etiraz aksiyaları davam edir.

Arannews :Könüllü karvan formasında əlində Fələstin bayrağı tutan Ankara əhalisi küçələrə çıxıb. Sionist rejim səfirliyi önündən keçən aksiyaçılar Qüdsü qəsb etmiş bu rejimə qarşı nifrət ifadə edib və Fələstin amalı ilə beyətlərini təzələyiblər.

Şüar verib, bəyanat qiraət edən türkiyəli etirazçılar sionistlərin Məscidüləqsadakı son cinayətlərini pisləyiblər.

Sionist rejim hərbçiləri ən yeni cinayətdə çərşənbə gününün səhər saatlarında Məscidüləqsada yerləşən Əl-Qəbli müsəllasına basqın ediblər. Sionist quldurlar itikaf edən müsəlmanları döyüb, onların bir qrupunu həbs ediblər. Bu da geniş regional reaksiyaya səbəb olub.

Həmçinin sionist rejim qırıcıları cümə axşamı günü gecə, Qəzzə zolağını bombalayıblar.

  • Yazılıb
  • da (də) 2023 Apr 11
  • Göndərən جهان کمالی