Tarix : 2023 Apr 12
Kod 63512

Xəbərlər Dağlıq Qarabağda döyüşlərin baş verdiyini bildirir

Azərbaycan mətbuatı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan ordusunun xüsusi təyinatlı dəstəsinin komandiri Armen Güzalyan yaralanıb.
Arannews :Hazırda Azərbaycan və Ermənistan sərhədində, Zəngəzur tərəfində top və minaatanlardan istifadə edilməklə qızğın döyüş şəraitinin olduğu bildirilir. Məlumata görə hər iki tərəfdən itgilər var. Erməni deputat Anna Qriqoryan Ermənistanın Vardenis şəhərində də Ermənistan və Azərbaycan ordusu - arasında atışma olduğunu deyib.İTV Azərbaycan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu ilə qarşıdurmada İrana məxsus pilotsuz uçan aparatlardan istifadə etdiyini bildirib, lakin Ermənistan Müdafiə Nazirliyi erməni tərəfinin pilotsuz təyyarələrdən istifadə etməsi ilə bağlı məlumatın reallığa uyğun olmadığını açıqlayıb.Azərbaycan və Ermənistan mediası mədən istismar ərazilərində də atışmanın olması ilə bağlı xəbərlər yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan ordusu bütün lazımi tədbirləri görür və buna görə məsuliyyət tamamilə Ermənistanın üzərinə düşür.Həmçinin, Azərbaycan Müdafiə Nazirliyi də, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutmaqda davam etdiyini son saatlarda bildirib. Bəzi mənbələrdə Ermənistanın Sivnik rayonunun Dığ kəndində iki ölkə sərhədində baş verən qarşıdurma nəticəsində üç erməni əsgəri və Azərbaycan Silahlı Qüvvələrinin dörd əsgəri həlak olduğu bildirilir.
  • Yazılıb
  • da (də) 2023 Apr 12
  • Göndərən جهان کمالی