Tarix : 2023 Apr 12
Kod 63513

Təbrizdəki “Rəhmət vadisi” qəbristanında İran İslami Müqavimət Cəbhəsinin ilk şəhidi “Şəhid Seyid Əbdüssəməd İmampənah”ın məqbərəsi yerləşir.

İranın İslami Müqavimət Cəbhəsinin ilk şəhidi israilli sionistlərlə döyüşün ön cəbhəsində olmaq üçün çoxlu səylər göstərmiş və nəhayət 1995-ci il avqustun 20-də Livana yola düşmüş və səkkiz aydan sonra uca şəhidlik məqamına çatmış az tanınan bir igiddir.
 Arannews :Bəlkə də, Təbrizin  “Rəhmət vadisi” qəbristanında şəhidlərin məzarları hissəsinə yolunuz düşüb. Bu dəyərli hissə təhlükəsizliyimizi təmin etmək üçün canlarını fəda edən insanların şücaətini xatırladır.  Amma, yanında İran İslam Respublikasının üçrəngli bayrağı olan bu müqəddəs məzarların arasında üzərində “Hizbullah” loqosu olan sarı bayraq diqqət cəlb edir.  10-cu blok, altıncı sıra, bir nömrəli qəbir; İranın İslami Müqavimət Cəbhəsinin ilk şəhidi  “Seyid Əbdüssəməd İmampənah”ın pakizə bədənini ağuşuna alıb.
 
 Şəhid İmampənah 1996-cı ildə Livanda sionist rejim olan İsrailin Apaçi vertolyotları tərəfindən şəhid olub. Bu şərəfli şəhid, məzar daşında da yer aldığı kimi, öz vəsiyyətinin bir hissəsində yazıb: “Kəbə ibadət qibləsi və Qüds şəhadət qibləsidir."

 
  • Yazılıb
  • da (də) 2023 Apr 12
  • Göndərən جهان کمالی