Tarix : 2023 Apr 14
Kod 63514

Paşinyan: Ermənistan Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edib.

Arannews :Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır.

Eyni zamanda, Paşinyan bəyan edib ki, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, o cümlədən Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə sərhədlərdə sərhədçilərin yerləşdirilməsini məqbul hesab edib. “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi, məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”,- Mirzoyan deyib.

Ermənistan xarici işlər naziri Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır.

  • Yazılıb
  • da (də) 2023 Apr 14
  • Göndərən جهان کمالی