Tarix : 2023 Apr 15
Kod 63519

Birlik, dünya imperializmi üzərində qələbənin açarıdır

İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xameneinin müraciətinə ləbbeyk deyən İslami İran xalqı ötən illərdə olduğu kimi, bu il də ölkə boyu Qüds günü yürüşündə şövqlü iştirakla/ nəhs, mənfur və uşaqöldürən sionist rejimə qarşı nifrət və hiddətini elan edib

Arannews :Mömin və oruc xalq imperializmə qarşı şüarlar verib, Qüdsi-Şərifin azad edilməsini tələb edibdir. İran xalqı Tehran şəhəri ilə bir zamanda, ölkənin digər şəhər və kəndlərində də Qüds günü yürüşlərində qəhrəmancasına iştirak edib.

Ölkə səviyyəsində keçirilən Ümumdünya Qüds günü yürüşünün yekun qətnaməsinin mətnində deyilir: Həzrət İmam Xomeyni(r.ə)-in tarixi təşəbəssündən 44 ilin keçməsi və Həzrət Ayətullahuluzma Xameneinin dahiyanə istiqamətləndirmələrilə Amerikanın, onun regional və qeyri-regional müttəfiqlərinin işğal olunmuş ərazilərdə sionistlər üçün stabil təhlükəsizlikyaratma üzrə şeytani strategiya və siyasətləri uğursuz qalıb və müqavimət cəbhəsindəki modern dəyişikliklərlə üzləşən qəsbkar və müvəqqəti sionist rejim “mütləq məhvolma” yolunu sürətlə getməkdədir.

Ümumdünya Qüds günü yürüşünün iştirakçıları bildiriblər ki, İslam Dünyasının birliyi və həmrəyliyi, dünya imperializmi və onun fitnələri üzərində fəth və zəfərin açarıdır.

Fələstin məsələsinin yeganə həll yolu kimi anti-sionist müqavimətin himayə olunması və gücləndirilməsinə təkid edən bəyanatda fələstinli didərginlərin dünyanın müxtəlif nöqtələrindən geri dönmələri, həmçinin Fələstin ölkəsinin gələcək taleyinin təyin edilməsi üçün sərbəst və əhatəli referendumun keçirilməsi vurğulanıb.

Əzəmətli Ümumdünya Qüds günü toplantısı və yürüşündə iştirak edən iranlı oruc müsəlmanlar İordan çayının qərb sahilində və müsəlmanların birinci qibləgahında oruc müsəlmanlardan bir qrupunun şəhid olması və yaralanması ilə nəticələnən sionistlərin Məscidüləqsada itikaf edən fələstinlilərə qarşı vəhşicəsinə basqınını pisləyiblər. Onlar sionist hərbçilərin hücumları və hörmətsizlik etmələrinin onların gənc Fələstin nəslinin müqavimət və mübarizə meydanındakı şücaətli və qəhrəmancasına iştirakından, həmçinin yeni intifazədən qorxmaları və təlaş keçirmələrindən irəli gəldiyini bildiriblər. Qeyd ediblər ki, bütün bunlar həmçinin sionistlərin daxili böhranlardan xilas olmaq, eləcə də siyasi və iqtisadi qarışıqlıqdan çıxmaq üzrə əbəs cəhdləridir.

Dünya ictimaiyyəti və insan hüquqları təşkilatlarının sionistlərin vəhşicəsinə cinayətləri qarşısında sükuta dalmalarını pisləyən bəyanat BMT-ni sionist rejimin mötəbər beynəlxalq hüquqşünaslar və mühüm şəxsiyyətlərin etiraf və tələblərindən olan: qəsbkar, rasist və sionist İsrail rejiminin sözügedən təşkilatda və digər beynəlxalq orqanlardakı üzvlüyünün dayandırılması və onlardan qovulması istiqamətində tədbir görməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2023 Apr 15
  • Göndərən جهان کمالی