Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahiayn arasında telefon danışığı baş tutub.
Arannews :Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahiayn arasında telefon danışığı baş tutub.
Danışıq zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.