Tarix : 2023 Apr 17
Kod 63524

Hakim partiyanın təmsilçisi hadisəni pislədi

Ermənistan baş nazir aparatının rəhbəri, İrəvanda başlayan ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib.

Arannews :Arayik Arutyunyan deyib: “Dövlətə qayğı ilə yanaşmaq lazımdır. Hər bir düşüncəsiz addım bizi geridə qoya, tərəqqi yolundan geri çəkə bilər.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni bir gənc bayraqdarın əlindən Azərbaycan bayrağını alıb və yandırıb.

Ermənistan parlamentinin deputatı, hakim “Mülki Müqavilə” Partiyasının üzvü Hovik Ağazaryan isə “Facebok” səhifəsində hadisəni pisləyib.

Deputat bu barədə yazıb: “Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”.

Bu arada Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycan idmançılarının yarışda iştiraklarını dayandırılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin qərarı idman etikası baxımından narahatedici hesab edilib.

Bildirilib ki, açılış mərasimində baş verən və çox tez aradan qaldırılan hadisənin idmançıların təhlükəsizliyi və yarışın rahat keçməsi ilə heç bir əlaqəsi yoxdur.

Lakin Ermənistanın bu izahatı Azərbaycan tərəfini qane etməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yarış təşkilatçılarının bu cür nifrət xarakterli hərəkətlərə qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir.

  • Yazılıb
  • da (də) 2023 Apr 17
  • Göndərən جهان کمالی