Tarix : 2023 Apr 17
Kod 63526

Rəisi: Məzlum Fələstin xalqına dəstək bütün İslam ölkələri arasında ortaq bir məqamdır

İran İslam Respublikası prezidenti etimadnaməsinin surətini prezidentə təqdim edən Türkiyənin Tehrana yeni təyin olunmuş səfiri Hicabi Kırlangıç ilə görüşündə deyib: "Məzlum Fələstin xalqına dəstək bütün İslam ölkələri arasında ortaq bir məqamdır".

Arannews :Prezident Seyid İbrahim Rəisi bu görüşdə qeyd edib ki, bu gün sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətləri ilə qarşılaşmaq müsəlman xalqların tələbidir, buna görə də, İslam ölkələrinin qəsbkar sionist rejimin vəhşiliklərinə qarşı durmaqda daha koordinasiyalı olması lazımdır. 

Rəisi, həmçinin İran İslam Respublikası ilə Türkiyə arasındakı əlaqələri çoxillik və köklü adlandırıb və deyib: "İslam ölkələrinin bədxahlarının səylərinə baxmayaraq, biz dini və mədəni ortaq əsaslara arxalanmaqla İslam ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin gündən-günə dərinləşməsi və inkişafının şahidi olmalıyıq". 

Mərasimdə Türkiyənin yeni səfiri də İran İslam Respublikasında olmaqdan məmnunluğunu ifadə edərək, İran və Türkiyə münasibətlərini qardaşlıq və dostluq münasibəti kimi xarakterizə edib və deyib: "Sizi əmin edirəm ki, əməkdaşlığın səviyyəsini yüksəltmək və iki ölkə arasında mübadilə və qarşılıqlı əlaqələri artırmaq üçün əlimizdən gələni edəcəyik".

  • Yazılıb
  • da (də) 2023 Apr 17
  • Göndərən جهان کمالی