Tarix : 2023 Apr 18
Kod 63528

Kiberhücum səbəbindən Ben Qurion aeroportunda fasilə yaranıb

Ben Qurion hava limanında kiber hücum səbəbindən idarəetmə sistemində yaranan nasazlıq nəqliyyatın pozulmasına səbəb olub.

Arannews :Müxtəlif haker qruplarının sionist rejimin infrastrukturlarına kiberhücumları və onların həyati əhəmiyyətli məlumatlarının ələ keçirilməsi və dərci bu rejimin kiber məkan sahəsindəki boş əzəmətinin çökməsinə səbəb olub.

İRİB-in məlumatına görə, İşğal olunmuş Fələstin torpaqlarının şimalındakı Ben Qurion hava limanına edilən kiberhücumdan sonra hava limanı bağlanıb və sosial şəbəkələrdə yayılan görüntülər də hava limanında sərnişinlərin sıxlığını göstərir.

Kiberhücum fonunda işğal olunmuş ərazilərə gəlib-gedənlər pasportlarına möhür vura bilmədiklərindən hava limanını tərk edə bilməyiblər.  

Bu arada İsrail mediası ötən bazar günü sionist televiziya kanallarının kiberhücuma məruz qaldığını elan edib və orada raketlərin buraxılışını əks etdirən qısa klip nümayiş etdirilib.

Həmçinin cümə günü (14 aprel) geniş miqyaslı kiberhücumlar nəticəsində işğal olunmuş ərazilərdə banklar, şirkətlər və siqnalizasiya sistemi də daxil olmaqla sionist rejimin mühüm internet saytları sıradan çıxıb.

Sionist ordu radiosu həmçinin elektrik enerjisi şirkətinin internet saytına davamlı kiberhücumlar səbəbindən saytın cümə günü qəzaya uğradığını elan edib.

Sionist rejimin təhlükəsizlik, kiber məkan və media dairələri son zamanlar bu rejimin infrastrukturlarına qarşı kiberhücumlardan narahat olduqlarını bildiriblər. Ekspertlərin fikrincə bunun səbəbini hücumların səviyyəsi və miqyasında və bu rejimin onunla mübarizə aparmaqda acizliyində axtarmaq lazımdır.

  • Yazılıb
  • da (də) 2023 Apr 18
  • Göndərən جهان کمالی