Tarix : 2023 Apr 18
Kod 63529

İran XİN-in sözçüsü Azərbaycanla bağlı açıqlama verib

Nasir Kənani: İranla Azərbaycan arasında münasibətlərin düşmənləri var

Arannews :iran Xarici İşlər Nazirliyinin sözçücü bəyan edib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin düşmənləri var. Bu düşmənlərdən biri sionost rejimdir.

Nasir Kənani sionistlərin Azərbaycandakı hərəkətləri ilə bağlı deyib: “İran İslam Respublikası və Azərbaycanın düşmənləri var və bunda heç bir şübhə yoxdur və sionist rejim iki ölkə və iki xalqın ikitərəfli əlaqələrinin məlum düşmənlərindən biridir. Çünki bu rejim regionda və İslam dünyasında qeyri-sabitlik və gərginlik yaradıb onu körükləməyi özünün milli təhlükəsizlik və varlıq strategiyasının bir hissəsi kimi görür. Bu kontekstdə sionist rejimin yanaşması təkcə İran və Azərbaycan münasibətləri ilə bağlı deyil, həm də bütövlükdə İslam ölkələri arasında təfriqə və qeyri-sabitlik yaratmağa və fikir ayrılıqlarını qızışdırmağa köklənib.”

O əlavə edib: “İran İslam Respublikası mehriban qonşuluq və dostluq münasibətlərinə, qarşılıqlı hörmətə əsaslanan əlaqələrə diqqət yetirməyə və ortaq mənafeyə üstünlük verir.”

Hökumət rəsmisinin sözlərinə görə, İran bəzilərinin iki ölkə arasında ixtilaf yaratmaqdan faydalandığını gördükdə, yaranmış gərginliyi diplomatik yollarla aradan qaldırmağa səy göstərdi. Və xoşbəxtlikdən bu prosesdə nisbi uğurun şahidi olduq.

“Məhz bu istiqamətdə İran və Azərbaycanın xarici işlər nazirləri arasında keçirilən üç raund telefon danışıqları bizi mövcud vəziyyətdən çıxmaq və iki ölkə arasında gərginliyi azaltmaq üçün ümumi yanaşmaya aparan müsbət hadisə olmuşdur. Və buna əsaslanaraq, bu istiqamətdə hərəkət edirik. Ümid edirik ki, problemləri və anlaşılmazlıqları aradan qaldırmağa, iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan münasibətləri təbii məcrasına yönəltməyə nail olacağıq”, - deyə İranın XİN sözçüsü sözlərini yekunlaşdırıb.

  • Yazılıb
  • da (də) 2023 Apr 18
  • Göndərən جهان کمالی