Tarix : 2023 Apr 20
Kod 63535

“Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyırıq”

Ermənistanın baş naziri bəyan edib ki, bu dövlət Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam olaraq tanıyır.

Arannews : Nikol Paşinyan aprelin 18-də Parlamentdə hökumətin 2021-2026-cı illər üzrə proqramının icrasının gedişi və yekunlarına dair hesabatı təqdim edərkən deyib: “Azərbaycanla tezliklə sülh sazişinin imzalanması üçün mümkün olan hər şeyi etmək mənim səmimi istəyimdir. Düşünürəm ki, belə bir inkişaf mümkündür, lakin bunun üçün bir sıra problemlərlə üzləşmək lazımdır. Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısa və bu gün və heç vaxt bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi reallaşacaq. Əslində biz Praqada və Soçidə Azərbaycan prezidenti ilə bu barədə razılığa gəlmişik.”

Paşinyan bir daha təsdiq edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycandan istəyib ki, o da Sovet vaxtı mövcud oolmuş Ermənistanın bütün ərazisini Ermənistan Respublikası kimi tanısın.

Baş nazirin sözlərinə görə, Ermənistan hələ 2007-ci ildə Madrid prinsipləri ilə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

O qeyd edib ki, 2018-ci ildə aldığı danışıqlar irsində “Dağlıq Qarabağ xalqı” deyil, “Dağlıq Qarabağın bütün əhalisi” ifadəsi var.

“Əhali suverenlik subyekti deyil. Öz müqəddəratını təyin etmək deyiriksə, kimdən və haradan öz müqəddəratını təyin edirik? Məsələn, biz niyə demirik ki, qoy Ermənistan öz müqəddəratını təyin etsin? Çünki Ermənistan 1991-ci il Alma-Ata bəyannaməsi ilə öz müqəddəratını təyin etdi. Kimdən? Sovet İttifaqından, çünki Sovet İttifaqının bir hissəsi idi”, - deyə Nikol Paşinyan vurğulayıb.

  • Yazılıb
  • da (də) 2023 Apr 20
  • Göndərən جهان کمالی