İran İslam Respublikası Ordusuna iki yüzdən çox strateji pilotsuz uçuş aparatının əlavə olunması mərasimi ordunun baş komandanı, ölkənin müdafiə naziri və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzinin iştirakı ilə ölkənin bir neçə bölgəsində keçirilib.
Mərasimdə Əbabil-dörd və Əbabil-beş, Arəş, Cete Kərrar, On Şəhrivər, Əxgər, Suviçe Bəlid və Homa kimi müxtəlif strateji pilotsuz uçuş aparatı ilə yanaşı, aşağı radar səviyyəsində uçmaq özəlliyinə malik pilotsuzlar, eləcə də sabit və hərəkətdə olan hədəflərlə mübarizə, hava təqibi, seyretmə, anti-radar, döyüş kəşfiyyatı, kəşfiyyat və məhvetmə tapşırıqlarına malik dəniz əsaslı və şaquli uçuşlu PUA və dronlar İran İslam Respublikası Ordusunun döyüş təşkilatına əlavə edilib.
İran İslam Respublikası Ordusu pilotsuzlarının sayının/ döyüş hazırlıqları və qabiliyyətlərinin yüksəldilməsi istiqamətində bir neçə dəfə artırılması, ordunun baş qərargahı və müdafiə nazirliyinin iş gündəmində durur. Bununla yanaşı, əməliyyat və strateji ehtiyaclar, həmçinin təhdidlərlə mütənasib olan PUA-ların dizaynı və istehsalı yolu davam etdirilir.