Tarix : 2008 Aug 06
Kod 6354

Həzrət Əbülfəzl(ə)-ın viladətinin ildönümü mübarək olsun

Həzrət Əbülfəzl (ə)-ın viladətinin ildönümü günü İranda "canbaz" yaxud "hərbi əlil" günü adlandırılıb
Beinalxalq Servisi/Aran Agentliyi
1403 il bundan əvvəl belə bir gündə 26-cı hicri qəməri ili şəban ayının 4-də Həzrət Əli(ə)-ın övladlarından olan Əbülfəzl ləqəbli Hz. Əbbas(ə) dünyaya göz açdı.
 

O həzrətin əziz anası Həzrət Ümmülbənin idi ki, Həzrət Fatimə (s.ə)-nın vəfatından sonra Həzrət Əli(ə)-ın həyat yoldaşı olmaq iftixarına nail olub. Həzrət Əbülfəzl, Həzrət Əli(ə) kimi ata və İmam Həsən və İmam Hüseyn(ə)-lar kimi qardaşların yanında elmi və mənəvi feyzləri kəsb etməklə məşğul oldu. Əbülfəzl (ə) qardaşlarını çox sevirdi, İmam Həsən (ə)-ın imamlığa çatdığı zaman Həzrət Əbülfəzl (ə), o həzrətin yardımçılarından idi. Həzrət Əbülfəzl(ə)-ın İmam Hüseyn (ə)-a olan eşq və sevgisi o qədər idi ki, Kərbəla hadisəsi zamanı Həzrət Seyyidüşşühəda(ə)-la birlikdə İslam amallarının qorunması və o həzrətə tabe olmaq yolunda öz canını fəda etdi .
Həzrət Əbülfəzl (ə)-ın viladətinin ildönümü günü İranda "canbaz" yaxud "hərbi əlil" günü adlandırılıb.
Həzrət Əbülfəzl (ə)-ın viladətinin ildönümü günü münasibəti ilə bütün dünya müsəlmanları və azadlıq sevərləri təbrik edirik.

  • Yazılıb
  • da (də) 2008 Aug 06