Tarix : 2023 Apr 24
Kod 63544

Sionistlərin regiondakı təfriqəçi oyunları puç oldu – TƏHLİL

Sionist İsrail rejiminin müharibə naziri Yoaf Qallant bir görüşdə İsrailin indi müqavimət cəbhəsinin yeni böyük ittifaqı ilə üz-üzə qaldığını etiraf edib.

Arannews : Bu bəyanat sionist rejimin Suriya səmasının pozulduğu zaman İsrailə məxsus pilotsuz təyyarələrdən birinin vurulduğu elan edildikdən sonra verilib.

Bundan əvvəl sionist ordunun sözçüsü bu rejimin daha bir pilotsuz təyyarəsinin vurulmasını elan etmişdi.

Hazırda yeni pilotsuz təyyarənin vurulması ehtimalı yüksəkdir ki, bu da rejimin pilotsuz təyyarəsinin texniki qabiliyyətləri ilə bağlı iddiasını şübhə altına alır.

Məhz bu kontekstdə İsrail müxalifəti xəbərdarlıq edir ki, Suriya terror təxribatından uğurla keçərək, milyardlarla ziyana, on minlərlə insanın ölümünə rəğmən öz suverenliyini bərpa etməyə müvəffəq olur.

İkincisi, təkfirçi silahlı qruplaşmaları dəstəkləyənlərin hamısı indi bir-birinin ardınca mövqelərini dəyişib və Dəməşq hökuməti ilə barışıq yolunu tutaraq Suriya ilə münasibətləri bərpa etməyə çalışırlar.

Məsələn İranla razılaşmadan sonra Səudiyyə Ərəbistanı Suriyanın mərhələ-mərhələ qəbul edilməsi və ərəb dünyasına qayıtması istiqamətində müvafiq addımlar atır.

Eyni zamanda, Tunis və Suriya iki ölkədə yeni səfirlərini təyin ediblər.

Digər tərəfdən, Fars körfəzi regionunda BƏƏ ilə illərdir davam edən gərginlikdən sonra İran oraya öz səfirini təyin etdi.

Həmçinin İsmayıl Haniyə və Xalid Məşəlin başçılıq etdiyi Həmas nümayəndə heyəti 15 il fasilədən sonra ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfər edib.

Ona görə də Suriya ilə Fars körfəzinin ərəb ölkələri arasında münasibətlərin yaxınlaşması və İran ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşma sionist rejimin ciddi narahatlığına səbəb olub və işğalçı rejimin Tehrana qarşı beynəlxalq koalisiya yaratmaq cəhdləri puç olub.

  • Yazılıb
  • da (də) 2023 Apr 24
  • Göndərən جهان کمالی